Modern.az

Azərbaycanda ana südü ilə qidalandırılan KÖRPƏLƏR

Azərbaycanda ana südü ilə qidalandırılan KÖRPƏLƏR

24 Oktyabr 2016, 09:37

Azərbaycanda ana südü ilə qidalandırılan körpələrin statistikası məlum olub.

Modern.az statistik göstəricilərə əsasən xəbər verir ki,  ana südü ilə qidalanan cəmi körpələrin sayı (hər min nəfərə) 2010-cu ildə 77, 9, 2011-ci ildə 74, 5, 2012-ci ildə 83, 5, 2013-cü ildə 86, 5, 2014-cü ildə 93, 2 olub. Ötən il isə 3 aya qədər 90,3 körpə ana südü ilə qidalanıb. Həmin körpələrdən də 63, 9-u yalnız ana südü ilə qidalandırılıb.

 

6 aya qədər eyni zamanda ana südü ilə qidalandırılanların sayı 2010-cu ildə 73, 3, 2011-ci ildə 71, 1, 2012-ci ildə 77, 4, 2013-cü ildə 78, 8, 2014-cü ildə 77, 5, 2015-ci ildə 73, 7 olub. Onlardan da yalnız ana südü ilə qidalandırılanlar 2010-cu ildə 43,6, 2011-ci ildə 40, 5, 2012-ci ildə 44, 5, 2013-cü ildə 40, 7, 2014-cü ildə 43,3, 2015-ci ildə 39,4 nəfər təşkil edib.

2010-cu ildə 77, 0, 2011-ci ildə 69, 6, 2012-ci ildə 66, 3, 2013-cü ildə 63, 5, 2014-cü ildə 60, 1, 2015-ci ildə isə 58, 0 körpə 12 aya qədər ana südü ilə qidalandırılıb.

1,5 yaşına qədər körpələrdən 2010-cu ildə 14, 4-ü, 2011-ci ildə 15, 1-i, 2012-ci ildə 15, 9-u, 2013-cü ildə 15, 7-si, 2014-cü ildə 20, 7-si, 2015-ci ildə isə 17, 2-si ana südü ilə qidalanıb.

2010-cu ildə 6, 6 körpə, 2011-ci ildə 6, 6 körpə, 2012-ci ildə 7, 3 körpə, 2013-cü ildə 7, 3 körpə, 2015-ci ildə isə 8,2 körpə 2 yaşına qədər ana südü ilə qidalandırılıb.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?