Modern.az

Zərdabda ər 23 yaşlı arvadının başını kəsdi

 Zərdabda ər 23 yaşlı arvadının başını kəsdi

Aktual

24 Oktyabr 2016, 09:57

Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Trend-ə Zərdab rayon Prokurorluğundan məlumat verilib.

 

Hadisə oktyabrın 24-də Zərdab rayonunun Yarməmmədbağı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb.

 

Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir