Modern.az

"Fateh idman klubu"nun taekvondoçuları finala vəsiqə qazandılar - FOTO

"Fateh idman klubu"nun taekvondoçuları finala vəsiqə qazandılar - FOTO

24 Oktyabr 2016, 10:25

Taekvondo üzrə yeniyetmələr arasında 10-cu Respublika oyununlarının Bakı şəhəri üzrə seçmə mərhələsi keçirilib.

 

 

Modern.az xəbər verir ki, yarışda iştirak edən "Fateh idman klubu"nun yetirmələri 8 çəki dərəcəsində ilk dördlüyə düşərək 26-29 noyabr 2016-cı il tarixlərində Tovuz şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Olduqca gərgin keçən döyüşlərdə "Fateh idman klubu"nun idmançıları inamlı mübarizə sərgiləyərək təqdirəlayiq qələbələr qazanıblar.

 

 

Beləliklə oğlanlar arasında "Fateh idman klubu" və Nəsimi Rayon Gənclər və İdman İdarəsini təmsil edən idmançılar - Nihad Əlizadə (33 kq), Turhan İbrahimli (37kq), Samir Yusifov (65 kq), Aqil İbadov (65+kq), yeniyetmə qızlardan isə Tutu İsmayılova (29 kq), Səbinə Əliyeva (33 kq), Sənubər İbadova (41 kq), Aydan Əliyeva (44 kq) gələn ay Tovuz şəhərində keçiriləcək final mərhələsinə iştirak edəcəklər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi