Modern.az

Əfsanəvi partizanın xatirəsi anılıb

Əfsanəvi partizanın xatirəsi anılıb

2 Noyabr 2009, 22:46

Noyabrın 2-də Bakıda əfsanəvi kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin vəfatının 65 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.
Qəhrımanın abidəsi önündə təşkil olunan tədbirdə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar, Respublika Müharibə Veteranları Şurasının rəhbəri Əlövsət Baxışov, “Vətənpərvər” ictimai təşkilatının nümayəndələri, Mehdi Hüseynzadənin yaxınları, onunla çiyin-çiyinə döyüşmüş qərargah rəisi Cavad Həkimlinin ailə üzvləri və məktəblilər iştirak ediblər.
Tədbir iştirakçıları Mixaylonun qəhrəmanlığından danışıblar.
“Vətənpərvər” ictimai birliyinin sədri, yazıçı-publisist Ruqiyyə Əliyeva Mehdi Hüseynzadə ilə bağlı araşdırmalarından danışıb, özüün “Azərbaycanlılar Avropa müqavimət hərəkatında” kitabının bir fəslinin bütünlüklə "Mixaylo"ya həsr etdiyini söyləyib. 
M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakıda anadan olub. 1942-ci ildə o, Stalinqrad ətrafında döyüşlərdə yaralanaraq əsir düşüb. Əsirlikdən qaçandan sonra Yuqoslaviya partizanlarına qoşulan M.Hüseynzadə Yuqoslaviya Azadlıq Ordusunun xüsusi təxribat bölməsinin komandiri olub. 
1944-cü il noyabrın 2-də qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadə Sloveniyanın Çepovan kəndindəki qardaşlıq məzarında dəfn olunub.
Əfsanəvi partizan göstərdiyi igidliklərə görə ölümündən sonra Sovet İttifaq Qəhrəmanı adına layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı