Modern.az

İraq Türkiyənin Mosul əməliyyatında iştirakını təkzib etdi

İraq Türkiyənin Mosul əməliyyatında iştirakını təkzib etdi

Aktual

24 Oktyabr 2016, 11:37

Türkiyə ordusu Mosulun azad olunması əməliyyatında iştirak etmir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Frans Press agentliyi yerli komandanlığa istinadən məlumat verib.

 

 “Komandanlıq Naynava vilayətinin və onun paytaxtı Mosulun azad olunmasında Türkiyənin hər hansı iştirakını təkzib edir”.

 

Qeyd edək ki, Türkiyə baş naziri Binəli Yıldırım Mosul əməliyyatı çərçivəsində Türkiyə artilleriyasının və tanklarının kürd peşmərgələrinə dəstək verdiyini açıqlamışdı.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır