Modern.az

Maltada təyyarə qəzasında 5 fransız həlak oldu 

Maltada təyyarə qəzasında 5 fransız həlak oldu 

24 Oktyabr 2016, 12:29

Avropa İttifaqının üzvü olan Malta ərazisində təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

Modern.az xarici KİV-ə  istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.

 

Məlumata görə, təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin amerikalı hərbçilərini Maltadan aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb.

 

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı