Modern.az

İlham Əliyev: “Azərbaycanla Xorvatiya arasında əlaqələr...”

İlham Əliyev: “Azərbaycanla Xorvatiya arasında əlaqələr...”

24 Oktyabr 2016, 12:49

 

Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

 

Görüşdə Xorvatiya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb. Dövlət başçısı bu ilin əvvəlində Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırladıb, ölkələr arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

 

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya Prezidenti səfər çərçivəsində keçiriləcək biznes forumun önəmini vurğulayıb.

 

Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd edib.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir