Modern.az

Parlament prezidenti dövlət çevrilişində ittiham etdi

Parlament prezidenti dövlət çevrilişində ittiham etdi

24 Oktyabr 2016, 13:53

Üzvlərinin çoxu müxalifət nümayəndəsi olan Venesuela parlamenti prezident Nikolas Maduronu dövlət çevrilişi həyata keçirməkdə günahlandırıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, müxalifətçilərin fikrincə, Maduro rejiminin hazırkı prezidentin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı referendumu bloklaması dövlət çevrilişi kimi dəyərləndirilməlidir.

 

Xüsusi sessiya zamanı parlamentarların qəbul etdiyi qətnamədə konstitusiya qaydasının pozulması və Nikolas Maduro rejiminin dövlət çevrilişi həyata keçirməsi qeyd edilir.

Qanunvericilər prezidentin bu hərəkətinə kütləvi etirazlarla və beytnəlxalq təzyiqlə cavab vermək niyyətindədirlər.

 

 

Nikolas Maduro ölkəyə 2013-cü ilin mart ayındanrəhbərlik edir. O, buna qədər Uqo Çavesin hökumətində təmsil olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir