Modern.az

Nazir: “Prezident dedi ki, adımıza ləkə gəlməsin”

Nazir: “Prezident dedi ki, adımıza ləkə gəlməsin”

24 Oktyabr 2016, 13:56

“Ölkə başçısı bildirib ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Elə etmək lazımdır ki, Azərbaycan idmanına ləkə gəlməsin”.

 

Modern.az-ın xəbərinə görə, bunu Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

“Artıq zaman tələb edir ki, idmanda dopinqə qarşı mübarizədə fəaliyyəti dünyanın tələblərinə uyğunlaşdıraq və ona uyğun hərəkət edək”,-deyə o bildirib.  

Azad Rəhimov bildirib ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar, ölkəmizə dopinq məsələsində ciddi nəzarətə səbəb olub.

 

“Beynəlxalq aləmin dopinq sahəsindəki mübarizəsini nəzərə alaraq Azərbaycan da, bu sahədə üzərinə müəyyən öhdəliklər götürüb.

 

Bu öhdəlikləri yerinə yetirmək istiqamətində fəaliyyət göstərməli, bu sahəyə öz töhfəsini verməlidir. İdmanda dopinqə qarşı mübarizə sahəsində yeni qanun hazırlanması ölkə başçısı İlham Əliyevə məruzə edilib. O da öz növbəsində bildirdi ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Ölkə başçısı onu da əlavə etdi ki, elə etmək lazımdır ki, Azərbaycan idmanına ləkə gəlməsin. Azərbaycan uğurlar əldə edib və bu uğurlar bundan sonra da davam etdirilməlidir. Odur ki, dopinqə qarşı ciddi mübarizə metodu hazırlanmalıdır”.

Nazir qeyd edib ki, dopinqə qarşı hazırlanacaq qanunda bir neçə əsas məsələ öz əksini tapmalıdır: “Birincisi, qanun beynəlxalq standarta cavab verməlidir. Müstəqil Milli Anti-Dopinq Agentliynin yaradılması, idmanda manipulyasiyaya yol verilməməsi, idmançıya hər hansı formada təzyiqlər və idmançıda dopinqdən istifadə etməsinin vaxtında aşkar olunması üçün lazımı maddi-texniki bazanın yaradılması öz əksini tapmalıdır.

Çünki idmançılarda dopinqin aşkar edilməsi üçün ildə 700-800 növ testdən və müayinədən keçilməsi nəzərdə tutulur. Elə etməliyik ki, dopinqə qarşı effektli mübarizə apara bilək”.

Nazir onu da bildirib ki, Azərbaycan idman sahəsindəki effektivliyinə görə dünyada birinci yerdədir.

 

Onun sözlərinə görə, Azərbaycan idman ölkəsi olaraq,  hər il bu sahədəki uğurlarını daha da artır.

“Azərbycan ildə idman yarışlarında çoxsaylı medallar əldə edir və idman yarışlarında mötəbər yerlər qazanaraq, Azərbaycan bayrağını qaldırırlar. Elə sonuncu Braziliyada keçirilən Yay Olimpiadasında Azərbaycan əldə etdiyi medalların  sayına görə, dünyada 13-14-cü yerdə, MDB məkanında ikinci yerdə, İslam dünyasında isə birinci yerdə oldu”- deyə, nazir vurğulayıb.

Nazir onu da əlavə edib ki,  bununla yanaşı, Azərbaycan idman effektivliyinə görə dünyada birinci yerdə qərarlaşıb:

“Azərbaycan həmçinin,  idman sahəsində adambaşına düşən medal sayına görə, dünyada 8-ci yerdədir. Məhz Azərbaycanın idman sahəsindəki bu uğurları dünya idman təşkilatlarının ciddi marağına səbəb olub. Ona görə də beynəlxalq idman qurumları Azərbaycanı dopinq sahəsində ciddi işlər görməyi tələb edir və  biz də bu məqsədlə yeni bir qanun hazrılayırıq. Bu qanun dopinqə qarşı mübarizədə öz müsbət nəticəsini verəcək”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir