Modern.az

Azərbaycanlı tələbə NASA-da təcrübə keçmək şansı qazanıb

Azərbaycanlı tələbə NASA-da təcrübə keçmək şansı qazanıb

Aktual

24 Oktyabr 2016, 14:02

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Kənan Əhmədli ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçmək şansı qazanıb.

 

Modern.az xəbər verir ki, hazırda robotlaşdırma dərsləri verən 20 yaşlı tələbəmiz “Mələk beyni” konsepsiyası üzərində təqribən 2 il işləyib və bu sahəyə uyğun araşdırmalar aparıb. Müəllifi olduğu “Mələk beyni” konsepsiyası NASA tərəfindən maraqla qarşılanan Kənan Əhmədli NASA-nın təcrübə proqramına qəbul olunub. O, növbəti ayın əvvəlində maketləşdirmə və robotlaşdırma sahəsində biliyini təkmilləşdirmək məqsədi ilə ABŞ-a yola düşəcək. Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.

 Qeyd edək ki, həm meta-proqramlaşdırma, həm də adi proqramlaşdırma ilə məşğul olan Kənan Əhmədlinin nəzərdə tutduğu robotlar süni intellekt (insan məntiqini maşın və robotlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm) əsasında yaradılacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır