Modern.az

Yerevanda hamı Moskvaya axışır

Yerevanda hamı Moskvaya axışır

24 Oktyabr 2016, 15:12

“Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır”

Yerevan bazarında alıcıların sayı gündən-günə azalır. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu bazardakı satıcılar da təsdiqlərir və narazılıqlarını bildirirlər.

“Xalqın alıcılıq qabiliyyəti yoxdur, iş yoxdur, əldə pul da yoxdur, vəziyyət tamamilə iflic olub. Adamlar heç nə almaq imkanında deyillər. Əgər hökumət belə siyasət yürütməkdə davam edəcəksə, Ermənistan tamamilə boşalacaq.

Biz yeni baş nazirə bəzi ümidlərimizi bağlayırıq. O, ciddidir, nizam-intizamlı adamdır. Ola bilsin ki, o, ölkə üçün yaxşı nəsə dəyişsin, bu, yuxarıdan təzyiq göstərilməsə mümkündür”, - satıcılardan biri deyib.

Digər satıcı da qiymətlərin yüksək, pulun olmaması səbəbindən vəziyyətin bu kökə düşdüyünü bildirir: “Adamlar gəlirlər, baxıb gedirlər, yaxud çox az şey alırlar”.

Üçüncü satıcı əlavə edir: “Bütün xalq Moskvaya yollanır. Artıq burada heç kim qalmayıb. Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır”.

“Bütün hökumətlərin zamanında xalq bu çuxurdan çıxa bilməyib”, - cavan satıcı qeyd edir. Onun fikrincə, hökumətdən heç bir gözləntisi yoxdur: “Yalnız özümüzdən nəsə gözləyirik”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər