Modern.az

Deputat qeysəriyyə əməliyyatına qarşı ÇIXDI

Deputat qeysəriyyə əməliyyatına qarşı ÇIXDI

Aktual

24 Oktyabr 2016, 15:29

Bu gün ehtiyac olmadığı təqdirdə özəl klinikalarda qeysəriyyə əməliyyatı həyata keçirilir.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentdə Avropa Parlament Forumu ilə birgə keçirilən dinləmələr zamanı deyib. O təəssüflə qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı artıb:

“Biz araşdırdıq ki, bunu daha çox ailələr, qadınlar tələb edir. Guya ki bu fiqura üçün, rahat doğuş üçün yaxşıdır. Amma bütün bunlar yanlışdır. Sağlamlıq üçün təbii doğuşun həyata keçirilməsini həkimlər məsləhət görməlidir”.

 

O eyni zamanda qız uşaqlarının doğulacağı təqdirdə onun abort edilməsinin çox yanlış olduğunu vurğulayıb: “Bu bizim mentalitetimizə ziddir. Uşağın cinsinə görə əməliyyat aparılması cinayət məsuliyyəti yaradır”.

 

Ağa AKİFOĞLU 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı