Modern.az

"Türk ordusu və PKK Mosul əməliyyatında birgə iştirak edir” – MÜSAHİBƏ

"Türk ordusu və PKK Mosul əməliyyatında birgə iştirak edir” – MÜSAHİBƏ

Dünya

24 Oktyabr 2016, 15:29

İraqdakı regional kürd hökumətinin Moskva nümayəndəsi Aso Cəngi Burxan Tələbani Rusiya KİV-nə Süleymaniyə şəhərində geniş müsahibə verib. Müsahibə çərçivəsində kürd diplomatı Mosuldakı əməliyyatının detalları və gedişatı barədə ətraflı məlumat verib.

Modern.az həmin müsahibəni təqdim edir.

 

-Mosulun alınması üçün aparılan əməliyyatın ilk həftəsi necə keçdi?

-Deyə bilərəm ki, başlanğıc uğurlu olmuşdu. Lakin hər şey çox ləng irəliləyir. Hadisələr dünən Kərkükdə baş verən olaylarla daha da çətinləşib. Cümə axşamı aralarında çeçen və özbəklərin də olduğu 100-dən artıq terrorçu Kərkükə daxil olaraq bir neçə hökumət binasını ələ keçirib. Cümə günündən bəri orada qanlı döyüşlər gedir, 70-dən artıq ölü, 200-dən artıq yaralı var. Terrorçuların əksəriyyəti öldürülsə də, döyüşlər davam edir. Hesab edir ki, 100-dən ən artıq ən hazırlıqlı terrorçu Mosuldan Kərkükə göndərilib ki, hücum planını ləngitsin və müttəfiqlərin diqqətini bu istiqamətə yayındırsın.

 

-Kərkükə hücum peşmərgə üçün gözlənilməz oldu?

- Bəli, son 2 ildə şəhərə kürdlər nəzarət edib və hər şey sakit idi. Heç kəs belə gözlənilməz hücumu gözləmirdi.

 

- Daha hansı amillər Mosula hücumu ləngidir?

- Ətrafda çoxlu minalanmış ərazi var və proses çox ləng gedir. Mosulun təmizlənməsi də çoxlu vaxt aparacaq. Digər problem isə Mosul sakinlərinin də İŞİD-ə dəstək olmasıdır. Bu ərazidə əsasən, sünni ərəblər yaşayır, İraq hökumətinin əsasını isə şiə ərəblər təşkil edir. Vaxtında Səddam Hüseyn şiələrə qarşı çox amansız olub.

 

-Mosulda nə qədər İŞİD döyüşçüsü var?

-Təxminən 4-5 min nəfər

 

-Müharibə bütün İŞİD tərəfdarlarının məhvini nəzərdə tutur yoxsa terrorçularla danışıqlar olacaq?

-Bir vaxtlar doğurdan da, terrorçuların Suriyaya getməsi üçün dəhlizin açıqlaması gündəmdə idi amma bu gün həmin məsələ aktual  deyil. Çünki Bağdad və ABŞ anlayır ki, onlar çıxıb getsələr də, sonra yenidən qayıdacaqlar.

 

-İraq Kürdüstanın rəhbərliyi Mosulun hansı müddətə azad olunacağını gözləyir?

- Bir neçə həftə lazımdır. Hələ ki. işlər plan üzrə gedir.

 

-Peşmərgə ABŞ-ın başçılıq etdiyi koalisiyanın üzvü yoxsa İraq ordusunun tərkib hissəsi kimi əməliyyatda iştirak edir?

-Kürd ordusu ayrıca oyunçu kimi çıxış edir. Peşmərgə və NATO, həm də peşmərgə və İraq ordusu arasında ayrı-ayrı razılıqlar var. Razılaşmaya görə peşmərgə Mosulun ətrafını azad edəcək və şəhərə daxil olmayacaq. Ora yalnız İraq hökumət qoşunları və polis daxil olacaq. Amma hələ İraq ordusu şəhərdən uzaqdır, hücuma təxminən 2 gün var. Peşmərgə isə bir neçə kəndi azad edib.

 

-Neçə min İraq kürdü əməliyyatda iştirak edir?

-15 mindən çox. Amma qoşununu yarısını Kərkükə göndərmək istəyirik. Çünki Kərkük bizim üçün Mosuldan daha vacibidir.

 

-Peşmərgə hansı taktikaya riayət edir?

-İraq kürdləri Bağdad və Kürdüstandakı mərkəzlərlə əlaqə saxlayır. Əvvəlcədən hücum olunacaq yerlərə koalisiya qüvvələri zərbələr endirir. Amerikalıların yaşlı işıq yandıran kimi peşmərgə hücuma keçir”.

 

-Suriya və Türkiyə kürdləri ilə hər hansı koordinasiya var?

-Yox. Bizim məqsədlərimiz fərqlidir. Yerləşdiyimiz nöqtələr də başqadır. Çünki PKK və YPG Mosula cənubdan, peşmərgə isə şimaldan hücum edəcək”.

 

-Türkiyə də Mosul əməliyyatında iştirak etdiyini açıqladı. Türkiyə terrorçu elan etdiyi Kürdüstan İşçi Partiyası (PKK) ilə İraqda necə yola gedir?

-Əlbəttə, hamı narahatdır. Bu günə qədər türk ordusu Molsuda PKK-ya qarşı hər hansı fəaliyyətə keçməyib. Həm kürdlər, həm İraq hökuməti, həm də koalisiya qüvvələri buna qarşıdır. Eyni vaxtda heç kim onların real yardım niyyətlərinə inanmır”.

 

-Mosulun alınmasında Kürdüstanın hansı maraqları var?

-Kürdlərin İraqın şimalında, Mosul yaxınlığında bəzi mübahisəli ərazilərə iddiası var. Orada kürd kəndləri var və məqsəd onları azad edərək nəzarəti möhkəmləndirməkdir.

 

-Mosulda kürdlərin yaşadığı ərazilər var? Orada indi nə baş verir?

-Şəhərin şərqi və şimalı kürdlərin yaşadığı yerlərdir. Amma məsələ ondadır ki, kürdlər çoxdan Mosuldan İraq Kürdüstanına köçüb. Şəhərdə qalan azsaylı kürdlər isə İŞİD hakimiyyəti altında yaşamaqdan narahatdır.

 

-İŞİD-lə girovların azad olunması barədə razılaşmaq mümkündürmü?

- Bir neçə cəhd olub və nəticə verməyib. Bizi aldadıb, girovları qaytarmayıblar. Yezid fəalı Əbu Şuca öz imkanları hesabına 300 yezidi qadınını azad etmişdi. Öncədən İŞİD-in əlində 3 min yezidi qadını girov olub. Onların bir hissəsi ölüb, bir hissəsi satılıb və bir hissəsi isə tərəfimizdən azad olunub. Mosulda girov saxlanılan yezidilərin sayını dəqiq söyləmək çətindir.

 

Vüqar İSMAYILOV

 

 

 

  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir