Modern.az

NİDA-çı gəncin işi icraata verildi

NİDA-çı gəncin işi icraata verildi

24 Oktyabr 2016, 15:39

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsindəki cinayət işi icraata verilib. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

 

O deyib ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyilə baxılacaq. Hazırlıq iclası noyabr ayının 1-də, saat 14.00-da keçiriləcək.

 

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.


“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

 


Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir