Modern.az

Avtovağzalın qarşısındakı yolda çatlar bərpa olunub - FOTOLAR

Avtovağzalın qarşısındakı yolda çatlar bərpa olunub - FOTOLAR

24 Oktyabr 2016, 17:33

Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub.

 

Bu haqda Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranmışdı.

 

Bu barədə məlumat daxil olan kimi “Azəravtoyol” ASC-nin mütəxəsisləri əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi