Modern.az

“Mosuldakı əməliyyatda 4 qırıcımız iştirak edir”

“Mosuldakı əməliyyatda 4 qırıcımız iştirak edir”

24 Oktyabr 2016, 17:38

"Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında 4 F-16  qırıcımız koalisiya qüvvələrinə dəstək verir".

 

Modern.az  xarici KİV-ə  istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Jan-Mark Eyro ilə birgə keçirdiyi  mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, 4 F-16 qırıcımız koalisiyaya aid qüvvələrlə birlikdə antiterror əməliyyatında  iştirak edir.

 

“ Mosul əməliyyatında çox yaxından iştirak edirik. İraqın şimalında təlim keçdiyimiz kürd silahlılar və yerli güclər Başika əməliyyatına fəal şəkildə qatılıb. Başikadakı qüvvələrimiz İŞİD-in 700 silahlısını zərərsizləşdirib"

Nazir həmçinin  İraqın təhlükəsizliyinin Türkiyənin təhlükəsizliyi qədər onlar üçün əhəmiyyətli olduğunu qeyd edib.

 

 "İraqın müxtəlif yerlərindən ölkəmizə terrorçu PKK silahlılar gəlir, hücumlar edirlər. Onlar indi də İraqın Sincar bölgəsində ikinci bir Kandil  salmaq istəyirlər. PKK qruplaşmasının orada yerləşməsinə icazə verməyəcəyik"

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?