Modern.az

Agentlik Ağdama dair hesabatı açıqladı

Agentlik Ağdama dair hesabatı açıqladı

24 Oktyabr 2016, 17:43

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) oktyabrın 24-də Agentlik tərəfindən Ağdam rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

Agentlikdən Modern.az-a verilən hesabata görə, Ağdam rayonu, Zəngişalı kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yoxlanılmış  200 kv.m. ərazi partlamamış hərbi sursat aşkar edilməyib.

 

Cəmi 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Nəticə etibarilə yoxlanılan 200 kv.m. ərazidə partlamamış hərbi sursat aşkar ediməyib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 24 oktyabrda Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib.

3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi