Modern.az

Leylaya kömək lazımdır!

Leylaya kömək lazımdır!

24 Oktyabr 2016, 18:21

Şəkildə gördüyünüz bu gözəl qız Əmiraslanlı Leyla Təyyar qızıdır. Ailəsinin sevimlisi və sonbeşiyi olan 5 yaşlı Leylaya Azərbaycan həkimləri ilik xəstəliyi diaqnozu qoyublar. Uşaqda trombositlərin miqdarı sürətlə aşağı düşür. Əgər  bir neçə gün də kömək göstərilməsə, trombositlərin miqdarı lap aşağı düşəcək və uşağa təyyarəyə minməyə icazə verilməyəcək.  Onun şiddətli ağrıları olur, dərmanlardan asılı vəziyyətdədir.

 
Leylanın diaqnozunun təsdiqi, ətraflı müayinə və müalicə olunması üçün Türkiyəyə aparılması vacibdir. Bildiyiniz kimi, bu tip xəstəliklərin müalicəsi üçün böyük məbləğlər tələb olunur.


İlkin müayinə və müalicə üçün təqribən 6.000 dollar  və müalicənin davamı üçün 35.000 dollar lazımdır. Ailənin bu  məbləğlərə gücü çatmadığı üçün maddi dəstəyə ehtiyac  var. İmkanlı şəxslərdən balaca Leylanın  yaşaması üçün köməklik göstərmələri xahiş olunur.


Özünüz kömək edə bilmirsinizsə, Leyla haqda məlumatları paylaşaraq başqalarının bu haqda məlumatı görməyinə səbəb ola bilərsiniz.


Uşağın Azərbaycandakı müayinələrinin nəticələri və anasının adına açılmış bank hesabı yazıya əlavə olunur.


Əvvəlcədən kömək edən hər kəsə təşəkkürümüzü bildiririk!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir