Modern.az

Merkel Avropanın ən təhlükəli qadını ADLANDIRILDI

Merkel Avropanın ən təhlükəli qadını ADLANDIRILDI

Aktual

24 Oktyabr 2016, 19:04

Avstriyanın sağ radikalı “Azadlıq” partiyasının lideri Haynts-Kristian Ştraxe Almaniyanın kansleri Angela Merkeli Avropanın ən təhlükəli qadını adlandırıb. Modern.az xarici mediaya istinadən bildirir ki, o, siyasətçini miqrasiya proseslərinə görə tənqid edib.

Ştraxenin sözlərinə görə, nəticədə Almaniyanın və onun qonşularının ictimai quruluşu pozulub.

“Merkel Avropanın ən təhlükəli qadınıdır. Onun sayəsində xalqların böyük köçü üçün bir çox yüzillliklər boyu start atəşi bağışlayıb”, - o deyib.

Onun fikrincə, bu miqrasiya axını sayəsində onun ölkəsinə də insanlar gəlir və onlar inteqrasiya , yaxud assimilyasiya olmaq istəmirlər.

Qeyd edək ki, Avstriyanın “Azadlıq” partiyası ölkənin ən böyük müxalifət hərəkatı hesab olunur. Bu partiya Rusiyanın Krımı ilhaq etməsini dəstəkləyib.


Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?