Modern.az

Gənc qadının oğlu ilə birgə qəzada öldü

Gənc qadının oğlu ilə birgə qəzada öldü

24 Oktyabr 2016, 22:08

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Qafqazinfo.az-ın məlumatına görə, qəza Balaxanı qəsəbəsində qeydə alınıb. Qəza zamanı qadın sürücünün idarə etdiyi minik avtomobili “KamAZ” markalı yük maşınının altında qalıb.

 

Hadisə nəticəsində maşının sürücüsü Leyla adlı qadın və onun azyaşlı oğlu Asəf vəfat edib. Qəzanın dəqiq səbəbləri Sabunçu rayon Polis İdarəsində araşdırılır.

 

Qeyd edək ki, bir neçə il öncə qadının gənc qardaşı ürək tutmasından dünyasını dəyişib. Leyla xanım atası kənddə tək qalmasın deyə, ailəsi ilə birgə şəhərdəki evlərindən onun yanına köçüb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir