Modern.az

30 il məhkumluq həyatı yaşayan şəxs narkotiklə yaxalanıb

30 il məhkumluq həyatı yaşayan şəxs narkotiklə yaxalanıb

Aktual

24 Oktyabr 2016, 22:21

Astara Rayon Polis Şöbəsi əməkdaşları İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik maddəni ölkəmizə gətirib satmaq istəyən şəxsləri saxlayıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, əməliyyat məlumatları əsasında Astara şəhər Həzi Aslanov küçəsi 83 ünvanında yaşayan 60 yaşlı İmanzadə Əhliman İman oğlunun yaşadığı mənzilinə baxış keçirilib. Mənzildən satış məqsədi ilə kibrit qutularına qablaşdırılan marixuana və 1 kq-dan artıq narkotik tərkibli maddə olan həşiş qətranı aşkar edilərək götürülüb. Eyni zamanda həmin mənzildə üzərində heç bir qeydiyyat sənədi olmayan İran vətəndaşının olduğu müəyyənləşib.

Əməliyyat tədbirləri çərçivəsində Səməd Vurğun küçəsi 91 ünvanına da baxış keçirilib. Evin zirzəmisindən daha 2 kq 715 qram həşiş qətranı aşkar edilərək götürülüb. İstintaq tədbirləri nəticəsində Ə.İmanzadənin İran İslam Respublikası vətəndaşı olan 38 yaşlı Şəfəqniyya Əkbər Cahanəxş oğlu ilə qabaqcadan əlbir olaraq dövlət sərhəddindən kənar, ümumi çəkisi 3 kq 751 qram çəkidə həşiş qətranını qaçaqmalçılıq yolu ilə, tamah məqsədilə əldə etdiyi məlum olub.

Faktla bağlı Azərbaycan  Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2 maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır