Modern.az

“Qızıl top”a 5 namizəd var

“Qızıl top”a 5 namizəd var

24 Oktyabr 2016, 22:59

“France Football” nəşri tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizəd olan ilk beş futbolçunun adı açıqlanıb. Modern.az saytı xarici mediaya istinadənxəbər verir ki, namizədlər arasında Kriştiano Ronaldo (Portuqaliya, “Real Madrid”), Qaret Beyl (Uels, “Real Madrid”), Serxio Aquero (Argentina, “Mançester Siti”), Pyer-Emerik Obameyanq (Qabon, “Borussiya”) və Canluicu Buffon (İtaliya, “Yuventus”) yer alıblar. Daha 25 namizədin adı isə yaxın vaxtlarda açıqlanacaq.

 

Bu il “Qızıl top” mükafatının qalibi yalnız jurnalistlərin səsverməsinə əsasən məlum olacaq.

 

Ötən il bu mükafatın sahibi Argentina millisinin və “Barselona” komandasının ulduzu Lionel Messi olub.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır