Modern.az

İranla Avropa İttifaqı arasında yeni danışıqlar başlayacaq

İranla Avropa İttifaqı arasında yeni danışıqlar başlayacaq

24 Oktyabr 2016, 23:27

“Bu ilin dekabr ayında İran ilə Avropa İttifaqı (Aİ) arasında yeni danışıqlar mərhələsi başlayacaq”. Modern.az saytı xəbər verir ki, bu barədə ənənəvi həftəlik mətbuat konfransında İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi məlumat verib.

O deyib ki, danışıqların yeni mərhələsində əsas müzakirə mövzusu insan hüquqlarının qorunması olacaq. İran ilə Aİ arasında müzakirə ediləsi məsələ çoxdur. Lakin insan hüquqları aparıcı mövzu olacaq.

 

B.Qasemi bildirib ki, İran ilə Aİ-nin insan hüquqları haqqındakı təsəvvürləri, bu hüquqlara münasibətləri və yanaşma tərzləri müxtəlifdir. Lakin buna baxmayaraq rəsmi Tehran Aİ-nin insan hüquqları ilə bağlı irəli sürdüyü iddiaları dinləmək niyyətindədir. Bununla yanaşı, İran insan hüquqları ilə bağlı öz mövqeyini də bildirəcək.

 

Xatırladaq ki, iyun ayında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının İranda insan hüquqlarının pozulmasına dair irəli sürdüyü ittihamları rədd edərək bildirmişdi ki, rəsmi Tehran Aİ ilə bu məsələni müzakirə etməyə hazırdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir