Modern.az

Pakistanda terror nəticəsində 59 nəfər ölüb - YENİLƏNİB

Pakistanda terror nəticəsində 59 nəfər ölüb - YENİLƏNİB

25 Oktyabr 2016, 08:56

Pakistanda 200 nəfərdən çox polis kursantı silahlı şəxslər tərəfindən girov götürülüb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Kvett şəhərində baş verib. Belə ki, bir qrup silahlı şəxs polis kollecinə basqın edib.

İlkin məlumata görə, hadisə zamanı 7 polis əməkdaşı yaralanıb. Silahlı şəxslərin hansı qruplaşmanın üzvləri olduğu hələlik məlum deyil.

 ***

Ötən gecə “Kalaşnikov” avtomatı və qumbaralarla silahlanan bir qrup terrorçunun Pakistanın Kvetta şəhərindəki polis akademiyasına hücumu nəticəsində 59 adam həlak olub, 200 nəfər girov götürülüb.

Polisin məlumatına görə, 6 nəfərdən ibarət terrorçu qrup akademiyanı tam ələ keçirdikdən sonra insanlara atəş açmağa başlayıb. Təhlükəsizlik qüvvələri terrorçuların üçünü məhv edib, 250 tələbə akademiyadan kənara çıxarılıb. Terrorçular akademiyaya hücum edən vaxt orada 600-dən artıq tələbənin olduğu ehtimal edilir.

Qanlı hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Polis hadisənin “Taliban” qruplaşmasına daxil olan “Laşkar-e Canqvi” terror dəstəsinin törətdiyini ehtimal edir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir