Modern.az

Azərbaycanda tütünçülüklə bağlı yeni qanun qəbul olunacaq

Azərbaycanda tütünçülüklə bağlı yeni qanun qəbul olunacaq

25 Oktyabr 2016, 09:56

“Azərbaycanda “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun yeni lahiyəsi qəbul olunacaq”.

 Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisdən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Deputat bildirib ki, parlamentin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan yeni qanun layihəsində göstərilir ki, Azərbaycanda siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək.

H.Rəcəbli söyləyib ki, siqareti tərgitmək istəyənlərə dövlət pulsuz yardım edəcək:

“Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur. Qanun layihəsində həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi öz əksini tapıb.

Bundan əlavə, layihədə siqaret əleyhinə təbliğatın aparılması, bir çox qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur”.

 

 Ağa AKİFOĞLU

 

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir