Modern.az

Bakının məşhur Zığ kəndində təhlükəli vəziyyət 

Bakının məşhur Zığ kəndində təhlükəli vəziyyət 

25 Oktyabr 2016, 09:58

“Son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən sürüşmə, çökmə, oturma proseslərinin dinamikasında aktivlik müşahidə edilir”.

 

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Geoloji kəşfiyyat ekspedisiyasının rəisi Rafiq Həsənov Zığ sürüşmə zonasında aparılan monitorinqlərin nəticəsi barədə məlumat verərkən deyib.

O bildirib ki, ərazidə aktivlik çatların genişlənməsilə müşahidə edilir:

“Bu da özünü həm torpaq qatında olan çatların genişlənməsində, həm də tikililərin divarlarında olan çatların genişlənməsində göstərir. Baxdığımız bir neçə yerdə qırılma xəttinin özündə də genişlənmələr qeydə alınıb”.

 

R.Həsənov yarana biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülməsinin nazirliyin səlahiyyətində olmadığını bildirib:

“Qarşıdakı günlərdə hər hansı fəsadın, bədbəxt hadisənin baş verməsinin qarşısının alınması üçün tədbirlərin görülməsi səlahiyyətimiz daxilində deyil. Biz yalnız əraziyə baxış keçirərək müəyyən rəy hazırlayırıq.

Ümumiyyətlə, sürüşmə, çökmə, subasma hadisələri təbii amillərin təsirilə aktivləşə bilirlər.

Əgər növbəti günlərdə yağıntılar intensivləşərsə, təbii ki, sürüşmə prosesilə bağlı təhlükə gözlənilir. Çünki yağntıların təsirindən proses daha da aktivləşə bilər”.

 

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti növbəti 3 gün ərzində hava şəraitinin yağıntılı keçəcəyi barədə xəbərdarlıq edib.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir