23 fevral 2017, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Tək ananın əldən gedən tək ümidi - Şəhid Əlizaman İslamovun acı HƏYAT HEKAYƏTİ - FOTOLAR
Tək ananın əldən gedən tək ümidi - Şəhid Əlizaman İslamovun acı HƏYAT HEKAYƏTİ - FOTOLAR +
25.10.2016, 10:35

Vətəni qibləgah edən şəhidlər – XXXX

 

İlk dəfə evləri başlarına uçurulanda balaca Əlizamanın 11 yaşı var idi. 2008-ci ildə anası borc-xərclə  Zabrat kəndindəki təzə aldığı torpaq sahəsində bir otaq tikib, oğlu ilə bu damın altına yığışmaq istəyirdi. Əlinə düşəni daşa, quma verib bura gətirirdi. Fikri var idi ki, 1-2 həftəyə  oğlunu da yanına alıb, qohum-əqraba qapısından, kirayələrdən yığışsınlar... Həmin günlərdə 11 yaşlı Əlizaman dərsədən çıxan kimi qaçıb, həvəslə bu həyətə gələr, tikilməkdə olan evlərinə baxırdı. Günlərin birində isə gəlib gördü ki, həyətlərinə gələn traktor  xortumu ilə onların evini uçurur… Anasının, özünün min bir əziyyətlə tikib başa gətirdikləri birotaqlı evi tanımadığı  kişilər uçurdular…  bircə dəqiqənin içərisində iki kimsəsiz insanın əziyyətini yerlə-yeksan etdilər. Uşağın qorxudan, dəhşətdən gözləri böyümüşdü o zaman… başını götürüb bu qərib yollarla üzü aşağı qaçmışdı ki, anasını xəbərdar eləsin, desin ki, evimizi başımıza uçurdular… İlk dəfə balaca Əlzamanın arzuları onda- çilik-çilk olmuşdu…


Sonra anası Hürnisə Kərimova  gəlmişdi…  Məlum olmuşdu ki, bu bəxtsiz ailənin evini başına Ramana kəndinin bələdiyyəsi uçurub…  Bir az keçəndən sonra da məlum olmuşdu ki, sən demə heç Ramana kənd bələdiyyəsinin bu torpağa girməyə haqqı yox imiş. Torpaq  Zabrat kənd bələdiyyəsinin ixtiyarındadır. İki baş-başa gələn qoluzorlu məmurun qudurğanlığının, mübahisəsinin sonu bir kimsəsiz qadının evinin uçurulmasıyla sonuclanmışdı. Sonra Azərbaycanın yazılmamış “qaydalarına” uyğun şəkildə, Hürnisə Kərimova yenidən lazımi adamlarla lazımı razılığa gəlib,  həmin yerdəcə, yeni evini tikməyə başladı… 
Torpaq da Zabrat kənd bələdiyyəsinin ərazisinə keçirildi. Evinin üstünə daş-qoya qoya oğlunu da  18 yaşına çatdırdı. 


Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir…

Hürnisə Kərimovanın bəxti elə əvvəldən gətirməmişdi. Fərruxla ailə qurub Bakının Zabrat kəndinəki evlərinə gəlin gələndən, oğlan evi bu gəlini sevmədi, qəbul etmədi. Sonra da söz-söhbətdən  boğaza yığılan Fərrux içkiyə qurşandı. Beləcə günlərini çətinliklə keçirdi. 1997-ci ilin iyun ayının 12-də dünyaya gələn oğlunun sevinci də ailədə mehribanlıq yarada bilmədi. Hürnisə isə dözdü… Dözdü ki, el –obadan ayıbdır, dözdü ki, axırı yaxşı olar… Dözdü ki, oğlunu atalı böyütsün.  Axırı isə görünmürdü.

2006-ci ilin bir günündə evdə yenə qırğın-qiyamət düşdü. Balasını qucağına götürüb, qaçdı Zabratdakı  ər evindən. Bir az qoltuqlarda yaşadı, sonra məhkəmə  ana və azyaşlı oğlunun  İslamovlar ailəsinə məxsus evdə yaşaması üçün qərar çıxardı və ailəni  boşadı.  
Hürnisə  deyir ki,  oğlunu çox çətinliklə böyütdü. Ev sahiblərinin mal-heyvan üçün alıb gətirdikləri quru çörəkdən  hamı yatandan sonra gizlində götürüb suda isladar və səhərlər oğlunu yedirərmiş. Beləcə 2008-ci ilə kimi həmin həyətdə yaşaya  bildilər. Günlərin bir günü içib gəlmiş Fərrux yenə də qadını döyməyə, dalaşmağa başladı, iş o yerə gəldi ki, bıçaq götürüb oğlunun başını kəsmək istədi. Hürnisənin haraya gələn bacıları onları Fərruxun əlindən alıb, birdəfəlik bu həyətdən çıxardılar.

       


Əlizaman İslamov 75 saylı məktəbin 9-cu sinfini başa vurandan sonra Maştağadakı  aşpazlıq  məktəbini bitirir. 1 ay  peşəsü üzrə işləyəndən sonra, anası oğluna məsləhət görür ki, əsgərlik vaxtı yaxınlaşır, bir az istirahət etsin.


Hərbi xidmətə getməzdən 3-4 gün əvvəl Hürnisə oğlunun boynunu qucaqlayıb, ötüb-keçən küsüləri unutmasını istəyir. Oğlundan xahiş edir ki, gedib atası ilə, nənə-babası ilə görüşüb, xeyir-dua alsın. Əlizaman da elə bil bu sözə bənd imiş. 3 gün ərzində 4 dəfə doğulduğu, böyüdüyü həyətə gedir, ancaq  üzünə qapı açmırlar, qapıya çıxanlar da min bəhanə ilə usagı  həyətə buraxmırlar. Gah deyirlər ki, baba xəstədir, gah deyirlər ki, nənə xəstədir.
Əlizaman qayıdıb, başına gələnləri anasına danışır. Anası yenə mərdliyindən dönmür. Onu atasının işlədiyi yerə göndərir, deyir “bala, sən get atanla görüş, halallaş”…
Oğlan atasının iş yerinə gedir… Ata gizlənir. Hürnisə məcbur qalıb, Fərruxun dostuna zəng vurur ki, uşaq atası ilə görüşmək istəyir… yenə görüş alınmır…
Zorla məhəbbət olmur ki… ata istəmədi… Əlizaman kör- peşiman qalıb həmin o payız günlərində evə gəldi. Elə Payız kimi dolmuşdu. Ana səhəri gün, oktyabrın  20-də axşamüstü oğlunu  Dəmiryolu vağzalına aparıb əsgərliyə yola saldı. Əlizaman qatara minən kimi, keçib  perronda qapının dalında gizləndi… Hamını atası yola salırdı, onu isə anası və xalaları… Sınmışdı, yamanca sınmışdı Əlizaman… Gözləri ata yolu çəkdi… Qatar yerindən tərpənənə qədər  hələ  ümidi var idi, elə bilirdi ki, atası gələcək…


Qatar yola düşdü… Bir ananın gözü qoşa bulağa dönsə də, qəlbində vüqar baş qaldırdı. Hürnisə fikirləşdi ki, oğlu kişilik məktəbini keçib gələndən sonra, günü-güzəranı da yaxşılaşacaq… Əl-ələ, baş-başa verib  evlərini tikəcəklər… Eh… o qədər arzuları var idi ki… Həm özünün, həm oğlunun.



Hürnisə oğlu əsgər gedəndən sonra üç dəfə ona baş çəkdi. Ancaq ürəyində bir narahatlıq var idi. Aidiyyatı  dövlət orqanlarına məktub yazıb, oğlunun tək övlad olmasını nəzərə alıb,  ön cəbhəyə göndərilməməsini xahiş etmişdi. Ananın məktubunun cavabını çox gözlətməmişdilər. Hətta cavab gəlmişdi ki, “…oğlunuzun tək övlad olmasını nəzərə alaraq, arxa bölmələrdə xidmət etməsi üçün qanun çərçivəsində baxılacaq”.   
Bu məktubu alandan sonra bir az arxayınlaşmışdı. Necə olsa da  rəsmi məktub oğlunun xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən imzalanmışdı. Axırıncı dəfə Hürnisə oğlunun yanına  21 martda getdi. Qazandığı pulundan  balası üçün min bir nemətdən yığıb bayramlıq bağlama hazırladı, sevdiyi yeməkləri bişirdi,  yol tədarükünü tutub, səhər o başdan gedib  Əlizamana çatdırdı özünü.  Süfrə açıldı, başqa əsgər dostlarını da süfrəyə dəvət etdi. Sonra ana-bala oturub dərdləşdilər. Oğlunun gözündə-üzündə gizli kədəri sezdi. Nə illah elədisə Əlizaman anasına bir söz demədi. Ayrılıq zamanı çatanda, doyunca anasına sarıldı, bağrına basdı anasını: “Ana özünü qoru, özündən muğayat ol” dedi,  nədənsə özünü saxlaya bilməyib ağladı, kövrəldi.
“Ana, səndən heç doymuram axı..”,- deyib bir də bağrına basdı Hürnisəni…


Hürnisə Kərimova oğlundan  son dəfə belə ayrıldı. Son dəfə sinəsinə, üzünə-gözünə oğlunun qəmli çöhrəsini, göz yaşlarını yığıb gəldi.

         
Analara əyan olur balaları ağrayanda, darda olanda. Aprelin 2-si qarışıq yuxu gördü. Oğlu onu imdada çağırırdı. Ağlayırdı. Hövlnak yuxudan oyandı…

     
Azərbaycan Ordusu öz sərhədlərini qorumaq və ərazilərini düşməndən xilas etmək üçün işğalçı Ermənistan Ordusunun növbəti hücumunun qarşısını  alarkən həmin döyüşlərdə  bir çox vətən oğulları ilə bərabər, Əlizaman İslamov da şəhid oldu…


Onsuz da bir qapqara dünyası var idi Hürnisənin. Elə bil ki, Tanrı onu əzablara sinə gərmək üçün yaratmışdı… Anaya o xəbər necə gəldi, necə verildi… Hürnisənin son ümidi, tək oğlu, gələcəyi, arzuları… dünyası çilik-çilik oldu… həmin andan  həyat dayandı sanki onun üçün…




Amma sınmadı dizində qüvvə tapdı. Oğlunun tabutunu Lənkəranda, özünün doğulduğu Çilə kəndində dəfn edilməsinə qərar verdi. Əlzamanı da eli-obası, Lənkəran şəhəri üçrəngli Azərbaycan bayraqları ilə əsl Vətən qəhrəmanı kimi qarşıladı. Tabutu çiyinlərdən yerə düşmədi. 19 yaşlı  Əlizaman İslamovun tabutuna bükülmüş Azərbaycan bayrağını isə dayısına verdilər. Beləcə Vətən torpağına əmanət etdilər Əlizaman İslamovu. Vətən bir oğlu ilə də öyündü. Bir oğul da Vətən torpağına qarışdı.


O gündən sonra, dünyası dağılmış Hürnisə ana özünə yer tapmır.  Hərbi hissədən  ona oğlunun  bir əsgər papağını da gətirib verdilər. Həmin papağın içərisində öz əlləri ilə “Anama yadigar qalsın”  yazıb Əlizaman. Anasına son məktubudur.

İndi Hürnisə bu yarıtıkılı evində başını itirib, axı bu evdə yaşamaq üçün oğlu ilə o qədər arzular qurmuşdu.  Axı Əlizaman ona demişdi ki, “ana gəlib, evi tikib qurtaracağam… səni daha əziyyət çəkməyə qoymayacağam…”. İndi dörd qara  divarlardır, bir də TƏK TƏNHA, kimsəsiz  ANA. Gecə -gündüz bu  qara divarların arasında sanki ulayır,


Haray getdi dəm əldən
Qaldım yenə qəmlərdə.
Gedir dünyalar getsin,
Getməsin balam əldən…
Haray təklik əlindən…


Hürnisə aidiyyatı  orqanlardan, cavabdeh insanlardan oğlunun həlak olandan sonrakı şəklini  istəyir ki, baxıb inansın ki, ölən onun  oğludur. Çünki, narahatdır, oğlu yuxusuna gəlib, ondan imdad diləyir. Hürnisə deyir ki, hərbi xidmətini başa vurub altı aydan sonra qayıdacaqdı oğlu . “Altı ay da gözləyəcəyəm, oğlum yenə də gəlməsə, onda səhralara düşüb balamı axtaracam…” deyib gözlərinin 7 aydır ki, qurumayan yaşını yenə selə döndərib  tökür Hürnisə…



Aida Eyvazlı

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.02.2017, 22:23

Gənc qadın əməliyyatdan sonra "Hepatit C"yə yoluxub - VİDEO

23.02.2017, 22:11

Azərbaycanlı əlbəyaxa döyüşündə birinci oldu

23.02.2017, 21:59

Kimya zavodunda partlayış: ölənlər var

23.02.2017, 21:54

Lalə Şövkət hamını şoka salacaq addım ata bilər 

23.02.2017, 21:46

Suriya ordusu daha bir şəhərə hücum edib

23.02.2017, 21:34

“Mən Azərbaycana Turqut Özalın təklifi ilə gəlmişəm" - Abdulbari Gözəl

23.02.2017, 21:31

Pentaqon ETİRAF ETDİ: “Şimali Koreya raketləri ABŞ-a tuşlanıb”

23.02.2017, 21:20

Masallıda qanunsuz dini fəaliyyət göstərən şəxs tutulub

23.02.2017, 21:07

Məhkəməyə gəlməyən Əli İnsanov azadlığa BURAXILMADI

23.02.2017, 20:50

Lapşinin yeni vəkili DANIŞDI

23.02.2017, 20:45

Kiyevdə təqdimat - “Böyüməyən uşaqlar”ın xatirələri dəhşətlidir” - FOTOLAR

23.02.2017, 20:41

OPEC neftin qiyməti ilə bağlı yenidən toplanacaq

23.02.2017, 20:28

“Qaçqın” statusunun verilməsi qaydası dəyişdi

23.02.2017, 20:13

Zavodda partlayış: 18 yaralı

23.02.2017, 20:00

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapılıb

23.02.2017, 19:41

Xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı fərman imzalandı

23.02.2017, 18:58

Azərbaycanda  məktəbin həyətindən tank mərmisi tapıldı

23.02.2017, 18:53

Fuad Muradov: “Ukraynanın Xocalı faciəsini soyqırımı aktı kimi tanıması vacibidr”

23.02.2017, 18:42

“ATƏT  mövcud münaqişələrin həllində kömək edə bilər”

23.02.2017, 18:34

Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

23.02.2017, 18:16

Putin: “MDB ölkələrinin 9 mindən çox sakini Suriyada vuruşur”

23.02.2017, 18:07

Zakir Həsənov yeni hərbi obyektlərin açılışında olub - FOTOLAR

23.02.2017, 17:55

"Fənərbaxça"nın kapitanı sıradan çıxdı

23.02.2017, 17:38

Allahşükür Paşazadə II İliya ilə danışdı

23.02.2017, 17:30

“Miloşeviçə, Karaciçə qurulan məhkəmə Xocalı soyqırımını törədənlərə də qurulmalıdır”

23.02.2017, 17:25

Dollar manata qarşı möhkəmləndi - MƏZƏNNƏ

23.02.2017, 17:21

ATƏT PA-nın baş katibi Azay Quliyevə təşəkkür etdi  

23.02.2017, 17:17

Lapşinin anası Bakıya gəldi, oğlu ilə görüşdü

23.02.2017, 17:16

Ukraynada deputat oğurlandı

23.02.2017, 17:14

Natiq Əliyev: “Avropa ölkələrinin gözü Azərbaycandadır”

23.02.2017, 17:08

Naxçıvan Ali Məclisinin sessiyası keçirildi - Vasif Talıbov tapşırıqlar verdi

23.02.2017, 16:51

Bir ildə 3000-dən çox adam zəhərlənib

23.02.2017, 16:24

Yevda Abramov: “Bircə İsraildə Azərbaycan səfirliyi də açılsaydı...”

23.02.2017, 16:11

Belçikada Xocalı müzakirələri...

23.02.2017, 16:08

Nazir istefaya göndərilən generallara yenidən vəzifə verdi

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(0.29%)
Hacı Sabir Həsənli(0.18%)
Hacı Fuad Nurullayev(0.02%)
Vasim Məmmədəliyev(0.29%)
Rafiq Əliyev(0.15%)
Hacı İlqar İbrahimoğlu(50.8%)
Hacı Şahin Həsənli(46.2%)
Elşad Miri(2.01%)