Modern.az

Həmsədrlər Qarabağa gediblər

Həmsədrlər Qarabağa gediblər

25 Oktyabr 2016, 11:01

Oktyabrın 24-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriyo (Fransa) ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin müşaiyəti ilə Qarabağa səfər edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmsədrlər qondarma “Qarabağ rejimi”nin rəhbəri Bako Saakyanla görüş keçirib.

 

Xatırladaq ki, səfər fransalı həmsədr Pyer Andriyo üçün həmsədr kimi sonuncu səfər olub. Onu fransalı həmsədr Stefan Viskonti əvəzləyəcək.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi