Modern.az

Elmar Məmmədyarov Xorvatiya prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Xorvatiya prezidenti ilə görüşüb

Aktual

25 Oktyabr 2016, 11:09

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Modern.az saytı XİN-ə istinadən xəbər verir ki, Prezident Kolinda Qrabar-Kitaroviç ölkəmizə səfərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlərdən və ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.

Görüş əsnasında Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır