Modern.az

Yol qəzalarının dövlətə vurduğu ziyanın MƏBLƏĞİ

Yol qəzalarının dövlətə vurduğu ziyanın MƏBLƏĞİ

Aktual

25 Oktyabr 2016, 12:12

2016-cı ilin 9 ayı ərzində  respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş verib.

 

Nəticədə 6783,1 p/m əyrixətli tirlər, 12 ədədişıq dirəyi, 12 p/m səs boğucu qurğu, 139 metrdəmir-beton sədlər, 30 p/m körpü məhəccəri, 31 p/m istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşüb.

 

Bu haqda “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Ümümilikdə yol təsərrüfatına 593 238,0 manat məbləğində maddi ziyan dəymiş, bundan 294 871,0 manat (49,7%) ödənilib.

Dəymiş ziyanın ödənilməsi məqsədilə, 334 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, 51 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 105 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün isə onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı