Modern.az

Büdcə müzakirələrinin vaxtı məlum oldu

Büdcə müzakirələrinin vaxtı məlum oldu

25 Oktyabr 2016, 12:35

Milli Məclis 2017-ci ilin büdcə zərfinin müzakirəsinə noyabr ayının 14-15-də başlayacaq.

Bu barədə Modern.az-a Milli Məclisindən məlumat verilib.

Parlamentdən bildirilib ki, gələn ilin büdcə zərfinin müzakirəsi ilə bağlı artıq Milli Məclisin komitələrində hazırlıqlar da başlayıb.

Gələn ilin büdcə zərfi hələ Milli Məclisə daxil olmayıb.

Büdcə zərfi parlamentə daxil olduqdan sonra noyabr ayının əvvəllərində deputatlara paylanacağı gözlənilir.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir