Modern.az

Azərbaycanlı gənclərin layihəsi Sinqapurda qalib oldu – FOTOLAR

Azərbaycanlı gənclərin layihəsi Sinqapurda qalib oldu – FOTOLAR

25 Oktyabr 2016, 13:15

“BeBonobo” cari israfçı istehlak prosesinə qarşı çıxaraq insanları şüurlu istehlaka təşviq edən onlayn sosial şəbəkədir. İstifadəçilər sahib olduqları lakin istifadə etmədikləri əşyaları bu şəbəkə vasitəsilə başqa bir istifadəçiyə ötürərək yeni dostluq əlaqələri qururlar. Lazım olan əşyanı pul ilə almazdan öncə, BeBonobo hesabını yoxlamaq lazımdır. Çünki burada heç bir ödəniş etmədən həmin əşyanı əldə etmək olar. Digər maraqlı bir fakt da odur ki, istifadəçi BeBonobo platformasında özünə lazım olmayan əşyanı “for tree” (ağac üçün) digər istifadəçiyə verdiyi təqdirdə, əşyanı götürən istifadəçi platformaya 3 dollar ödəyir və BeBonobo əşyanı verən şəxs üçün hər verdiyi əşyaya görə bir ağac əkir. Bəli, real ağac.

 

Azərbaycanda yenicə qurulmuş Social Innovation Lab startap koçinq və metnorluq laboratoriyasının startaplarından biri, BeBonobo Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub və 20,000 Sinqapur dolları (23 000 AZN) qazanıb.

 

BeBonobo uzun müddətdir ki, Malayziyanın startap sistemində fəaliyyət göstərən və Social Innovation Lab startap laboratoriyasının da qurucusu olan həmyerlimiz Cəsur Həsənov tərəfindən 2015-ci ildə qurulmuşdur. Hazırda layihənin komandasında Yəmən, Malayziya, Indoneziya və Azərbaycan olmaqla 4 fərqli ölkədən 6 nəfər fəaliyyət göstərir.

 

Hələ 1 ildən azdır ki fəaliyyət göstərən BeBonobo artıq müxtəlif beynəlxalq startap yarışlarında yüksək nəticələr göstərərək 42,000 azn “seed” (toxum) investisiya cəlb etməyi bacarmışdır. Layihə Malayziyada 2015-ci ildə keçirilən Cleantech Hackathon programında 2-ci yer, Tatarstan Respublikasında keçirilən Kazan OIC Youth Entrepreneurship Forumunda qalib komandalardan biri olmuşdur. Cari il oktyabrın 21-də isə BeBonobo startapı Sinqapurda 8 aydır davam edən YSE2016 biznes yarışının qalibi olaraq 20,000 Sinqapur dolları (23,000azn) qazanmışdır.

 

Xatırladaq ki, BeBonobo Silikon Vadisindəki  “Cleantech Open Accelerator” proqramına seçilən və bu proqramı uğurla başa vuran 25 startapdan biri, o cümlədən Sinqapur Beynəlxalq Fondu tərəfindən yaradılan YSE2016 proqramına seçilən və uğurla sona çatdıran 16 startapdan biridir.

 

BeBonobo hazırda cənub-şərqi Asiyanın (SouthEast Asia) ən tanınmış akselerator proqramı MAP (MaGIC Accelerator Program) tərəfindən dəstəklənən 25 startapdan biridir. Noyabr ayında bu startaplar 150-dən çox regional investorun önündə yarışacaqlar.

 

Bir müddət əvvəl Social Innovation Lab tərəfindən elan edilən GrowthCoachBaku programı hazırda Bakıda 16 startap layihəsi ilə işləyir və tezliklə onların da beynəlxalq startap yarışlarında iştirakı gözlənilir .

Daha ətraflı:

Website: www.bebonobo.com
Facebook: www.facebook.com/bebonobo
Twitter: www.twitter.com/bebonobo
Instagram: www.instagram.com/bebonobo
LinkedIn: www.linkedin.com/company/bebonobo

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi