Modern.az

Deputat Moskvada iki erməninin qətlini sifariş edib - İDDİA

Deputat Moskvada iki erməninin qətlini sifariş edib - İDDİA

Dünya

25 Oktyabr 2016, 14:15

Armen İsraelyan (Pelikan) Moskvada sifarişlə qətlə yetirilib. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bunu parlamentin bu gün keçirilən iclasında müxalifətçi deputat Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, İsraelyan iş adamı Samvel Aleksanyanın keçmişdə yaxın adamı kimi sonradan onun ağır cinayətləri barədə xəbərçi olub.

 

“O belə böyük cinayətkara qarşı şahid idi. Bu günlərdə Ermənistanın İstintaq Komitəsi işi onun verdiyi ifadələrə əsaslanaraq bağlayıb. Bu, mübahisəsiz bizim istintaq orqanlarının satqınlığını aşıq şəkildə göstərir”, - Paşinyan vurğulayıb.

Onun iddiasına görə, İsraelyanı muzdlu qatilin aradan götürdütü aydındır.

 

“Balıq” ləqəbli Armen İsraelyan və “Cücə” ləqəbli Eduard Nşanyan bazar günü Moskvada güllələniblər. Bu, Ermənistanda dərhal top hadisə kimi yayılıb.

 

Ona görə ki, Armen İsraelyanın Ermənistan parlamentinin deputatı Samvel Aleksanyanla köhnə haqq-hesabı olub. O, hətta iyun ayında qəzetlərə müsahibəsində deputatın onu mülkiyyətdən məhrum etdiyini, biznesini əlindən aldığını, onu girov götürərək anbarlardan birində saxladığını deyib.

“Qrapark” qəzetinin məlumatına görə, qətli snayper həyata keçirib. Öldürülənlərin hər ikisinin başında güllə yarası aşkarlanıb. Bu isə o deməkdir ki, qatil professionaldır və çox sakit şəkildə sifarişi yerinə yetirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!