Modern.az

Çavuşoğlu İraqı HƏDƏLƏDİ

Çavuşoğlu İraqı HƏDƏLƏDİ

25 Oktyabr 2016, 14:37

"İraqdan Türkiyəyə təhdid olarsa, qurudan da əməliyyatlar daxil olmaqla bütün hüquqlarımızdan istifadə edəcəyik".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mosulla bağlı əməliyyatları dəyərləndirərkən deyib.

 

“İraqın Sincar və başqa bölgələrindən bizə yönəlik təhdid artarsa, quru əməliyyatlar da daxil omaqla beynəlxalq hüquqdan doğan bütün haqlarımız və gücümüzdən istifadə edərək, hədələri dəf edəcəyik” Şavuşoğlu bildirib.

 

Diplomat terrorçu PKK-nın Suriyadakı qolları "PYD" və "YPG" haqda da danışıb: "Amerikalılara söylədik, "PYD" və "YPG" Suriyanın Mənbiç bölgəsindən çıxmazsa, biz onları öz imkanlarımızla çıxarmağın yolunu bilirik"

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı