Modern.az

Azərbaycanda işə qəbul olunan qadın müəllimlərin sayı AÇIQLANDI

Azərbaycanda işə qəbul olunan qadın müəllimlərin sayı AÇIQLANDI

25 Oktyabr 2016, 14:43

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət etmiş 31779 nəfərdən 23411-i qadın olub.

 

Modern.az  xəbər verir ki, bunu Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva bu gün "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib.

 

İdarə rəisi qeyd edib ki, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib.

 

M.Hacıyeva əlavə edib ki, Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinin rəhbərlərindən əksəriyyəti qadındır. Ali təhsil müəssisələrində 4 rektor, 12 prorektor, orta ixtisas təhsili müəssisələrində 7 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsili müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1202 (26,5 %) məktəb direktoru qadındır.

 

Nazirlik rəsmisinin sözlərinə görə, elm sahəsində də qadınların sayı ilbəil artır. O qeyd edib ki, 2070 doktorantdan 1052 nəfəri qadındır.

 

“Dövlət cinsindən asılı olmayaraq, hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Lakin etiraf etməliyik ki, bəzi hallarda bu hüquqlar valideynlərin etinasızlığı səbəbindən pozulur”.

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva bu gün "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib.

İdarə rəisi qeyd edib ki, ölkədə, xüsusilə regionlarda və kənd yerlərində çox erkən yaşdan ailəyə kömək məqsədilə məişət işlərini yerinə yetirən, çox zaman məktəbdə aşağı qiymətlərlə oxuyan və dərsə davamiyyəti zəif olan şagirdlər müəyyənləşdirildikdə məktəb rəhbərliyi, məktəbin psixoloqu təhsil hüququnun təmin edilməsi üçün həmin ailələrə səfərlər edir. Onlar ailədaxili vəziyyəti qiymətləndirirlər, zərurət yarandıqda isə məsələyə baxmaq üçün yerli icra strukturlarına müraciət edirlər.

 

 

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!