Modern.az

Bakıda mənzildən 77 yaşlı qadının cəsədi tapıldı

Bakıda mənzildən 77 yaşlı qadının cəsədi tapıldı

25 Oktyabr 2016, 14:46

Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

 Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

 

FHN-nin əməkdaşları mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Qasımova Firəngiz Hənifə qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir