Modern.az

Naxçıvan Avtomobil Zavodu böhranla üzləşib

Naxçıvan Avtomobil Zavodu böhranla üzləşib

25 Oktyabr 2016, 15:26

“Dünyada və ölkəmizdə baş verən iqtisadi böhran, xüsusilə də manatdan yan keçməyən məsələlər bizim zavoddan da yan keçməyib”.

Bunu Modern.az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) icraçı direktoru Musa Abdullayev bildirib.

Zavod fəaliyyətə başlayandan 5017 ədəd avtomobil istehsal olunduğunu deyən NAZ rəsmisi bütün problemlərə baxmayaraq fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb:

“Çalışırıq ki, prosesdən minimal itkilərlə çıxaq. 140 ədəd dövlət sifarişli avtomobili artıq təhvil verdik, bundan əvvəl də 130-nu təhvil vermişdik. İlin sonuna qədər 100 avtomobilin də gətirilməsini gözləiyirik. Avtomobillər zavodda yığılaraq sifarişçilərə təhvil veriləcək.

Sifariş edilən növbəti 100 avtomobil içərisində "NAZ-lifan 620”, "NAZ-lifan 630”, həmçinin yük avtomobilləri də var. Onlar sırf əhaliyə satılmaq üçün nəzərdə tutulub”.

Bir müddət əvvəl müzakirə mövzusu olan təcili yardım avtomobillərinin alınmasına gəlincə, M.Abdulayev deyib ki, Çin istehsalı olan avtomobillərin həcmi xidmət göstərmək üçün tələblərə cavab vermir.

Xatırladaq ki, ümumilikdə sifariş edilən 270 avtomobil artıq sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.

Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar "NAZ-lifan 720”,  "NAZ-lifan 820” (Premium modellər), "NAZ-lifan 620”, "NAZ-lifan 630” (sedan modellər), "NAZ-lifan X50” və X60 (SUV), "NAZ-lifan 320” və 330 (mini) modelləridir.

"NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?