Modern.az

Cavid Hüseynovun adı “Qəbələ”nin heyətinə daxil edildi

Cavid Hüseynovun adı “Qəbələ”nin heyətinə daxil edildi

25 Oktyabr 2016, 15:46

Futbol üzrə Azərbaycan Premyer Liqanın 9-cu turu çərçivəsində  bu gün keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu üçün heyətlər açıqlanıb.

Modern.az saytı xəbər verir ki, həbsdən yenicə buraxılan tanınmış futbolçu Cavid Hüseynovun adı da “Qəbələ”nin heyətinə daxil edilib. Belə ki, o, “Qəbələ”nin ehtiyat oyunçular heyətində oyunu kənardan izləyəcək. Amma baş məşqçi lazım biləcəyi təqdirdə meydana buraxılacaq.

Ötən il saxlanılan Cavid Hüseynov mərhum jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bu il oktyabrın 12-də azadlılğa buraxılıb.
Məhkəmənin qərarına görə, C. Hüseynovun həbsdə qaldığı 1 il 2 ay müddəti hesablanıb və o, cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır