Modern.az

Minsk qrupunun regiona yeni səfərinin 3 SƏBƏBİ

Minsk qrupunun regiona yeni səfərinin 3 SƏBƏBİ

25 Oktyabr 2016, 15:53

ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik Yerevanda mətbuat konfransı keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Uorlik regiona səfərlərinin əsas məqsədləri barədə danışıb.

 

“Regiona səfərimiz bir neçə səbəblə bağlıdır. İlk səbəb atəşkəs rejiminin qorunması ilə bağlıdır. Biz şadıq ki, aprel döyüşlərindən sonra bu razılaşma qorunub. Mənə məlumdur ki, son vaxtlar həlak olanlar var. Biz tərəflərlə bu gərginliyin səbəbləri barədə müzakirə aparmağa gəlmişdik”.

 

Uorlik səfərin 2-ci səbəbinin isə Vyana və Sankt-Peterburq razılaşmalarının reanimasiyası olduğunu deyib.

“Həmin razılaşmaların icrasının müzakirəsi baş tutdu. Və biz situasiya ilə bağlı prezidentlərlə danışdıq”.

 

Amerikalı həmsədr 3-cü və son səbəb kimi isə vasitəçi olaraq sülh razılaşmasına çalışdıqlarını diqqətə çatdırıb.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?