Modern.az

Adil Əliyev rinqə çıxması BARƏDƏ...

Adil Əliyev rinqə çıxması BARƏDƏ...

Aktual

25 Oktyabr 2016, 16:01

 

Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı  Adil Əliyev İtaliyadakı boks yarışlarına qatılacaq.

Bu barədə Modern.az-a danışan Adil Əliyev deyib ki, yarışa iştirakçı kimi qatılmaq üçün ona dəvət gəlib.

 

“Təbii ki, İtaliyada keçiriləcək yarışlar dünya oyunlarının festivalıdır. Hal-hazırda dünya çempionatı gedir. Həmçinin, İtaliyada mən yaşda olan idmançılar arasında yarışlar keçirilir. Çəki salma, hazırlıq, iştirak, yarışların əsas məqsədini təşkil edir. Eyni zamanda, turnirə iştirakçı kimi qatılmaq mübarizlik və gələcək həyat üçün stimul yaradır”.

 

Xatırladaq ki, İtaliyada kikboksinq turniri keçiriləcək. Turnirə 35 professional idmançı qatılıb. Həmin idmançılar arasında azərbaycanlı deputat Adil Əliyev də var.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar