Modern.az

Jurnalist Fikrət Fərəməzoğlunun həbs müddəti uzadıldı

Jurnalist Fikrət Fərəməzoğlunun həbs müddəti uzadıldı

25 Oktyabr 2016, 16:25

“Bu gün Nərimanov rayon məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə jurnalist Fikrət Fəraməzoğlunun barəsindəki həbsin 3 ay, yəni 30 yanvar 2017-ci il tarixədək uzadılması barədə müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılıb”.

 

Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə təqdimat və vəsatəti təmin edib:

“Fikrət Fəraməzoğlu barəsindəki həbs qətimkan tədbirinin müddətini 30 yanvar 2017-ci il tarixədək uzadıldı”.

E.Sadıqov eyni zamanda Fikrət Fəraməzoğlu barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib:

“Hakim Samir Məmmədov vəsatətimə baxdı və təmin etmədi. Hər iki qərardan-Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin 30 yanvar 2017-ci il tarixədək uzadılması və Fikrət Fəraməzoğlu barəsindəki həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi haqqında qərarlardan qanunsuz və əsassız olduqları üçün apellyasiya şikayəti verəcəm”.

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, "JAM.az" saytının rəhbəri İbişbəyli Fikrət Fəraməz oğlu barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb. F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.
İddia olunur ki, Fikrət İbişbəyli sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir