Modern.az

Sabah Səhiyyə komitəsində 3 qanun layihəsi müzakirə olunacaq

Sabah Səhiyyə komitəsində 3 qanun layihəsi müzakirə olunacaq

Aktual

25 Oktyabr 2016, 16:37

 

Milli Məclisin Səhiyyə Komitəsinin sabahkı iclasının gündəliyində 3 qanun layihəsinə əlavə də dəyşiklikərin müzakirəsi nəzərdə tutulub.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, sabahkı komitə iclasında bu qanunlara əlavə və dəyişiklər ediləcək:

 

“Sabah “Psixoloji yardım haqqında” qanun layihəsinə baxılacaq. Cənab prezidentdən gələn  “Dərman vasitələri haqqında” qanun layihəsi və “Orqan və toxumaların transplantasiyası haqqında” qanun layihəsinə əlavə və dəyişiklər edilməsi müzakirə olunacaq.

 

Bu əlavə və dəyişiklərin əsas mahiyyəti bu qanunları “Reklam haqqında” qanuna uyğunlaşdırmaqdır”.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür