Modern.az

Soso Pavliaşvili Ramiz Fətəliyevin çağırışına lağ etdi: “Ermənilərlə dosluq etmişəm, edəcəm də...”

Soso Pavliaşvili Ramiz Fətəliyevin çağırışına lağ etdi: “Ermənilərlə dosluq etmişəm, edəcəm də...”

Aktual

25 Oktyabr 2016, 16:45

Rusiya estradasının ulduzu, gürcü əsilli müğənni Soso Pavliaşvili ilə Azərbaycanın tanınmış kinorejissoru Ramiz Fətəliyev arasında qalmaqal yaşanıb.
Modern.az saytı xəbər verir ki, Ramiz Fətəliyev bir neçə gün öncə Soso Pavliaşviliyə açıq məktub ünvanlayaraq, ondan Bakıda planlaşdırdığı xeyriyyə konsertindən imtina etməyi və Azərbaycan torpağına ayaq basmamağı tələb edib.


R.Fətəliyevin fikrincə, Dağlıq Qarabağda döyüşlər gedən zaman Yerevanda konsert vermiş Pavliaşvili bu addımı ilə düşmən ölkəyə dəstək göstərib.


Rusiyanın “Life” telekanalı isə həmin məktubun mətnini Soso Pavliaşviliyə təqdim edərək, ondan məsələ ilə bağlı fikirlərini öyrənib.

“Mənə görə narahat olmayın. Bakıya gedib-getməyəcəyimi heç adını da bilmədiyim kinorejissordan soruşası deyiləm. O indi populyarlaşır və mən onu təbrik edirəm. Heç olmasa, buna görə mənə konyak hədiyyə etsin. Qoy konsertimə gəlsin. Onun üçün məmuniyyətlə oxuyaram. Mən sülh adamıyam. İnsanlarla onların milliyətinə, yaxud dininə görə deyil, hərəkətlərinə görə dostluq edirəm. Əgər bu çığıran insanlar Qarabağı qaytarmaq istəyirlərsə, qoy diversiya qrupları yaradıb ora getsinlər. Divanda uzanaraq Sosonun Bakıya gəlib-gəlməyəcəyini müzakirə edirlər. Qarabağın qayıtması məndən asılı deyil. Mən heç kimdən onu almamışam ki, kiməsə də qaytarım. Məni harada gözləyirlərsə, ora gedib oxuyacam. Hər kəs düşündüyünü deyə bilərəm. O da öz düşündüyünü deyir. Mən heç vaxt heç yerdə müharibə alovlandırmamışam. Ermənilərlə dosluq etmişəm. Edirəm və edəcəm. Bakida tezliklə böyük xeyriyyə konserti olacaq. Böyük məmnuniyyətlə hər kəsi ora dəvət edirəm. Gəlmək istəməyənlərə isə 100 il ömür arzulayıram”.

 

Vüqar İSMAYILOV

 

  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür