Modern.az

Nazir müavinindən şagird sıxlığı barədə AÇIQLAMA

Nazir müavinindən şagird sıxlığı barədə AÇIQLAMA

25 Oktyabr 2016, 17:03

Təhsil Nazirliyi Bakıdakı məktəblərdə müşahidə olunan şagird sıxlığı məsələsinə münasibət bildirib.

 

Modern.az-ın xəbərinə xəbərinə görə, məsələ ilə əlaqədar jurnalistlərə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, şagird sıxlığı problemi əsasən paytaxtda yaşanır:

 

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında və digər sənədlərdə belə bir hədəf qarşımıza qoyulub ki, maksimal dərəcədə məktəbləri 1 növbədə təşkil edək. Lakin bu günə kimi Bakı şəhərində buna tam nail olmaq mümkün olmayıb”.

 

Nazir müavini qeyd edib ki, son 7-8 ildə Azərbaycanda demoqrafik göstəricilər yüksəlib:

 

“Ötən əsrin 90-cı illərinin sonlarında demoqrafiya aşağı idi və müəyyən dövrdə məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunurdu. Bu gün isə bunun tam əksini görürük”.

 

O bildirib ki, I sinfə gələn şagirdlərlə məktəbi bitirən 11-ci sinif şagirdləri arasında hər il təxminən 50 minə yaxın fərq var.

“Hər il məktəbə daxil olan şagirdlərin sayı daha çox olur. Təbii ki, bu demoqrafik cəhətdən müsbət haldır. Ancaq bu öz növbəsində bir sıra aktual məsələləri gündəmə gətirir. Bu gün şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, müvafiq sənədlər, təkliflər hazırlanaraq hökumətə, müvafiq qurumlara təqdim olunur”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?