Modern.az

Təhsil Nazirliyi 26 rayonda müəllimləri imtahan etməyə hazırlaşır

Təhsil Nazirliyi 26 rayonda müəllimləri imtahan etməyə hazırlaşır

Aktual

25 Oktyabr 2016, 17:32

“Təhsil Nazirliyinin işçi qrupu gələn ay Azərbaycanın 26 rayonunda keçirilməsi nəzərdə tutulan müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı rayonlarda səfərdədir”.

Modern.az-ın  xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, qiymətləndirmənin keçiriləcəyi rayonlarda müəllimlərə prosedurlar izah edilir:

“Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi də nəzərə alınacaq”.

Nazir müavini qeyd edib ki, növbəti diaqnostik qiymətləndirmədən sonra əməkhaqqısı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır