Modern.az

Bakıda 9 marşrut xəttinin istiqaməti DƏYİŞDİ

Bakıda 9 marşrut xəttinin istiqaməti DƏYİŞDİ

25 Oktyabr 2016, 19:07

Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlum olduğu kimi, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb.

Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişiklik edilib. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür