Modern.az

Futbol üzrə yığmamızın sabiq baş məşqçisi vəfat edib

Futbol üzrə yığmamızın sabiq baş məşqçisi vəfat edib

Aktual

25 Oktyabr 2016, 20:27

Veteran futbolçu və baş məşqçi Karlos Alberto Torres vəfat edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, braziliyalı mütəxəssis bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.

 

1970-ci ilin dünya çempionatının qalibi braziliya millisinin əfsanəvi heyətinin kapitanı olan Torres bir müddət ölkəmizdə də işləyib.

 

O, 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olub.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?