Modern.az

“Prezidentlərin görüş vaxtı müəyyənləşməyib” – Amerikalı həmsədr

“Prezidentlərin görüş vaxtı müəyyənləşməyib” – Amerikalı həmsədr

Aktual

25 Oktyabr 2016, 20:52

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüb. Modern.az saytı xəbər verir ki, Edvard Nalbandyan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşiki qəbul edib.

Ermənistan mediasının məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair bir sıra məsələlər müzakirə olunub.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı hələlik müəyyənləşməyib: “Prezidentlər hazır olarsa, istənilən vaxt bu görüşü təşkil etməyə hazırdırlar”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!