Modern.az

"Qarabağ" "Neftçi"ni məğlub edib

"Qarabağ" "Neftçi"ni məğlub edib

25 Oktyabr 2016, 21:18

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, turun son oyununda "Neftçi" komandası "Qarabağ"ı qəbul edib.

"Bakcell Arena"da keçirilən qarşılaşmada qonaqlar fərqlənməyi bacarıb. Matçın 29-cu dəqiqəsində Rahid Əmirquliyev güclü zərbə ilə topu qapıdan keçirib. İlk hissənin sonunda isə "Qarabağ"ın hücumu zamanı Jayro Rodriges topu öz qapısına göndərib - 0:2.

Bundan sonra qapılara qol vurulmayıb və "Qarabağ" 3 xalı iki qolla qazanıb. Bu görüşdən sonra "Qarabağ" xal ehtiyatını 19-a çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. "Neftçi" isə 6 xalla 7-cidir.

Qeyd edək ki, turun digər görüşlərində "Kəpəz" "İnter"lə (0:0), AZAL "Zirə" ilə (1:1), "Sumqayıt" isə "Qəbələ" ilə (2:2) sülh bağlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı