Modern.az

ABŞ təyyarəsi Mosulda qızlar məktəbinə zərbə endirib

ABŞ təyyarəsi Mosulda qızlar məktəbinə zərbə endirib

25 Oktyabr 2016, 21:31

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə İraqın Mosul şəhərinin cənubunda yerləşən  qızlar məktəbinə zərbə endirib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

 

O həmçinin oktyabrın 22-də Mosuldan 20 km  şərqdə yerləşən Qaraköş yaşayış məntəqəsinə güclü hava zərbələrinin endirildiyini bildirib.  

 

“ABŞ Hərbi-Hava Qüvvələri həmçinin oktyabrın 23-də Mosul yaxınlığındakı Qaraqharab və Əş-Şura  yaşayış məntəqələrinə də raket-bomba zərbələri endirib. Zərbələr nəticəsində xeyli sayda sosial təyinatlı obyektlər dağıdılıb”, - deyə Rudskkoy əlavə edib. 

 

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb. 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür